Ilk öncə sual meydana çıxır-BarKamp nədir?BarKamp (BarCamp) qeyri-konfransı (onun qeyri-rəsmi, mehriban ah-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik) İnternet texnologiyaları, İnternet resursları, Müasir Media, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edir. Bu unikal qeyri-konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan və digər sessiyalardan ibarətdir.Tədbirin məqsədi informasiya texnologiyaları və yeni medianın bütün ölkələrində inkişafını stimullaşdırmaq, təcrübə mübadiləsinə, səhvlərin analizi və münasib həll yollarının tapılmasına yardımçı olmaq, iştirakçı mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq mühiti və yeni medianın ümumi görünüşünün formalaşdırılması, birgə layihələrin, o cümlədən beynəlxalq layihələrin inkişafını asanlaşdırmaq, dünyada qeyri-kommersiya layihələrinin (Creative Commons, Global Voices Online, Wikipedia, NewsAssignment və s.), həmçinin vətəndaş jurnalistikasının inkişafına töhfə verməkdir. BarKamp güclü fikir və təcrübə mübadiləsi ilə müşayiət olunur, bir çox yeni layihələrin başlanmasına, “start-up”-lara səbəb olur – BarKamp çərçivəsində investorlar və fondlar ən maraqlı sosial və ya kommersiya layihələrinə maraq göstərirlərHal-hazırda BarKamplar Dünyanın bir çox yerlərində keçirilir. Bu haqda daha geniş məlumatı www.barcamp.org saytında əldə edə bilərsiniz. MDB və Baltikyanı ölkələrdə ilk BarKamp ötən il Ukraynada, ikincisi isə bu il Riqada (www.barcamp.lv) keçirilmişdir. Azərbaycanda bu ənənəni yeni yaradılmış “BarKamp Azərbaycan” davam etdirəcəkdir. Ətraflı məlumat www.barcamp.az saytındadır.
Növbəti barcamp 7-8 iyun Tiflisdə oldu.İyun ayının 6-sı konfransdan bir gün əvvəl komandamızla şəhəri gəzməyə getdik.Necə deyərlər həm ziyarət, həm ticarət.Teatrlar, heykəllər, muzeylər, parklar çox gözəl idi.Lakin öz doğma Bakımızla müqayisədə Tiflis inkişafdan qalmış sayılır.Gürcülər acı bibər çox sevdiyindən və xörəklərində donuz ətinə üstünlük verdiklərindən demək olar ki ac qaldim
Növbəti gün Tısbağa gölü ətrafında Açıq hava muzeyində qeyri konfransın açılışı oldu.İlk barcamp səfərim olduğu üçün qusurları belə mənə qeyri adi, yüksək hazırlanmış görsənirdi.Çox maraqlı və faydalı məlumatlar əldə elədim.Bizim tərəfimizdən hamıda maraq doğuran bir hal baş verdi.Konfransda iştirak edən ölkələr içində yeganə ölkə idik ki, öz bayrağımızı qürurla əlimizdə utmuşduq.Bayrağımızla şəkil çəkdirəndə belə hamı bizim şəklimizi çəkirdi.Hətta iştirakçılar bizə yaxınlaşaraq bizim bayraqla şəkil çəkdirməyi xahiş edirdilər.Bizim iştirakçılarımız da öz prezintasiyalarını uğurla təqdim etdilər.Çox maraqlı idi.Başımız elə qarışmışdı ki, qatarın vaxtı yadımızdan çıxmışdı.Əşyalarımız oteldə, biz isə şəhərdən xeyli aralıda.Axır 2 yərə ayrıldıq.Bİr hissəmiz əşyaları gətirməyə, digərimiz isə vağzala getdik.Son dəqiqələrdə uşaqlar özlərini çatdırdılar. Konfransdan sonra yeni ideyalar və təəssuratlarnan doğma Bakımıza qayıtdıq.Səfərin yadda qalan hissələrindən biri də qatarda yol getmək idi.Ömrümdə birinci dəfə idi ki, qatarla yol gedirdim.Antisanitariya və pis qoxunun movcud olduğu qatarda getmək elə də xoş deyildi.Köhnə vaqonlar, pullu xidmət, natəmizlik – bütün bunlar büdcəsində kifayət qədər vəsait olan bir ölkəyə yaraşan xüsusiyyət deyil məncə.Yadda saxlamaq lazımdır ki, xaricdən gələn qonaqların qatardan düşərkən ilk gördüyü yer, ölkə haqqında ilk yaranacaq təəssuratı vağzaldan başlayır.Bizim vağzal isə bərbad vəziyyətdədi.Sovet dövründən qalmış tikili və təmirə cox ehtiyacı olan vağzalın əsaslı təmir olunması, yeni vaqonlarnan təmin olunması, təmizliyə riayət olunması labüddür.Kifayət qədər ehtiyatı, imkanı olan ölkə vağzalının, sərnişinlərinin də qeydinə qalmalıdı.Sərnişinlərə rahat və təmiz şərait yaradılmılıdır.Bu bizim doğal haqqımızdır. Bu da bizim Tiflis sərgüzəştlərimiz.