Reklam verin!
Yuma Ailə Jurnalı

Sosial problemlər

Yolumuz inkişaf yoludu

Blog Haqqında

Gunay

Axtarış

Bölmələr

Arxivlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 785
  • Dünənki hit: 13
  • Bugünki hit: 12
  • Ümumi hit: 15994

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Nəqliyyat sahəsindəki çatışmamazlıqlar

Gunay Mart 23, 2008 17:31

       Ölkəmizdə ən mühüm  sosial problemlərdən biri də nəqliyyat sahəsindəki çatışmamazlıqlardı.Əsasən metro və marşrut taksilərində rast gəlinən bu problemlərin həlli yolları üçün şikayət və təkliflərim var.Ya Allah deyib başlayaq:

1-ci hər birimiz marşrut taksilərinin və böyük avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarinin  hər gün şahidi oluruq.Mədəni və etik normalardan kənara çıxan sürücülərin sayı etiraf etmək çətin olsa da çoxdu.Sürücülər nalayiq söyüşlərdən istifadə edərək etik normaları pozurlar.Həm də çox əsəbidirlər.Belə halda qəza halları çoxala bilər.Təbii ki istisna sürücülər də  var, amma çox azdırlar.

2-ci  Heç bir sərnişin siqaret çəkmədiyi halda, sürücülər siqaret çəkir və bununla da tütün tüstüsündə 200-ə qədər insan orqanizminə  zərərli maddəni etrafa yayaraq  insanlarin sağlamlığına ziyan vururlar.Nəzərə almaq lazımdır ki, sərnişinlər arasında  ürək-damar , bronxial-astma xəstəliyindən əziyyət çəkənlər,allergiyası olanlar da ola bilər.Buna görə  də onların sağlamlıqları ilə oynamaq olmaz.

3-cü Oturacaqlarda əyləşən sərnişinlərdən əlavə marşrut taksilərinə və avtobuslara daha çox sərnişin götürürlər.Səbəbini soruşduqda isə planı verə bilmirik  deyirlər.Eyni zamanda dayanacaqlardan kənar saxlayaraq avtobuslara sərnişin götürürlər ki, bu da basa- bas yaradır.Xüsusilə də marşrut sürücülərinin MEHRİBANLAŞIN, MEHRİBAN OLUN ifadələrini eşidəndə mehribanlıq sözünə qarşı antipatiya yaranir.Göz vur

Problemləri yazsam bitməz onun üçün da keçirəm təkliflərə:

1.Köhnə maşınların Bakı şəhərinə buraxılması qadağan olunmalıdı.Çünki ekoloji cəhətdən atmosferin korlanmasına səbəb olur.

2.Sürücülərə əhaliyə mədəni xidmət sahəsində maarifləndirmək üçün treyninqlər keçirilməlidir.

3.Marşrut taksiləri və avtobusları yalnız 10 ildən artıq sürücülük təcrübəsi olan şəxslərə həvalə etmək lazımdır.Cavan sürücülərə marşrut verilməməlidir.Onlar əhaliyə xidmətdən cox avtoşluq eləməyi sevirlər.Bu da müəyyən qədər insanın həyatının təhlükəyə atılması deməkdir.

4.Dayanacaqdan kənar marşrut saxlanılmamalıdır.

5.Nəqliyyat Nazirliyi marşrut taksilərinin icarə haqqını azaltmalıdır.

6.Ən yaralı yerim: marşrutlarda səslənən,əhalinin zövqünü korlayan bayağı mahnılar  yığışdırılmalıdır.

7.Taksilərə sayğac qoyulmalıdır ki,yalnız gedilən məsafənin pulu ödənilsin


Bookmark and Share
Şərhlər(4) Baxış sayı: 124 Mart 23, 2008 17:31

1
mixaylo yazıb:

Hm blogun mübarek.yox potensial var cool

Mart 23, 2008 17:48
2
MANIS yazıb:

Yaxşı olardı ki, bu yazını genişləndirib mətbuatda çap edəsiniz. Məsələn, qaynar.info agentliyində.
Təşəkkür.

Mart 24, 2008 4:52
3
Rashad yazıb:

Axir ki, oxuya bildim! Tebrik edirem! Davamli olsuuuuuuuun!!!

Mart 27, 2008 2:40
4
Bayraqdar yazıb:

ugurlar dayanmaq yox yola davam!!!!!!!

Mart 30, 2008 3:06

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com